Ana Sayfa > Siyasət > Ramin Əhmədovun səlahiyyətli nümayəndələri yanvarın 29-u axşam saatlarında Qədirli küçəsi –
Ramin Əhmədovun səlahiyyətli nümayəndələri yanvarın 29-u axşam saatlarında Qədirli küçəsi –30-01-2020, 14:03. Yazar: sevinc1 |
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun səlahiyyətli nümayəndələri yanvarın 29-u axşam saatlarında Qədirli küçəsi – “Şah Hüseyn” məscidi ətrafında yaşayan sakinlərlə görüş keçirib. Əsasən inanclı insanların iştirakı ilə keçirilən görüşdə, Ramin Əhmədovun seçiləcəyi təqdirdə 16-cı dairədə görmək istədiyi işlər, parlamentdə qaldıracağı məsələlər barədə seçicilərə ətraflı məlumat verilib. Görüş iştirakçıları Ramin Əhmədov haqqında kifayət qədər məlumatlı olduqlarını qeyd edərək ona inandıqlarını, potensialından seçicilərinin mənafeyi üçün istifadə edəcəyinə əmin olduqlarını bildiriblər. Seçin ki, Yasamal qazansın! aia.az Geri dön |