Ana Sayfa > Siyasət > Bu gün Məmmədyarovun erməni həmkarı ilə görüşünün növbəti raundu keçiriləcək

Bu gün Məmmədyarovun erməni həmkarı ilə görüşünün növbəti raundu keçiriləcək


30-01-2020, 10:38. Yazar: sevinc1
Bu gün Məmmədyarovun erməni həmkarı ilə görüşünün növbəti raundu keçiriləcək


Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrə görüşünün növbəti raundu keçiriləcək.

Oxu.Az xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer, eləcə də, təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edəcək.

Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün ilk raundu baş tutub. Görüş yeddi saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və gündəlikdəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.



aia.az
Geri dön