Ana Sayfa > İdman > Nurməhəmmədov-Ferqyuson döyüşünə bilet 11 000 dollardan baha olacaq

Nurməhəmmədov-Ferqyuson döyüşünə bilet 11 000 dollardan baha olacaq


30-01-2020, 08:45. Yazar: sevinc1
Nurməhəmmədov-Ferqyuson döyüşünə bilet 11 000 dollardan baha olacaq


Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla döyüşünə ən bahalı bilet $11 157 qiymətində olacaq.

aia.az-ın məlumatına görə, ən ucuz bilet isə UFC klubunun üzvləri üçün olacaq - $99.

Döyüş UFC 249 turniri çərçivəsində 18 apreldə Bruklində (ABŞ) keçiriləcək.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

aia.az
Geri dön