Ana Sayfa > Karusel / Cəmiyyət > Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb -

Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb -


29-01-2020, 17:58. Yazar: sevinc1
Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb -

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.



Masallı rayon Prokurorluğundan aia.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.



Araşdırma nəticəsində qızın qəsdən öldürüldüyü məlum olub. Bu səbəbdən də faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-xi (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Qeyd edək ki, "qafqazinfo.az" saytının yaydığı məlumata görə, rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə əvvəl Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Həmin qız bu gün dünyasını dəyişib.

aia.az
Geri dön