Ana Sayfa > Manşet / Siyasət > MEHMAN HÜSEYNOV VƏ ÜLVİ HƏSƏNLİNİN TƏXRİBATLARI İFŞA OLUNDU!
MEHMAN HÜSEYNOV VƏ ÜLVİ HƏSƏNLİNİN TƏXRİBATLARI İFŞA OLUNDU!29-01-2020, 14:38. Yazar: sevinc1 |
Seçicilərin deputatlığa namizəd Kamaləddin Qafarovu kütləvi şəkildə dəstəkləməsi, müxtəlif ictimai rəy sorğularında davamlı şəkildə qalib olması çoxlarının yuxusunu ərşə çəkib. Rəqib namizədlərin bu göstəricilər səbəbli xəyal qırıqlığına uğraması təbiidir. Amma blogger Mehman Hüseynovun son günlərdə Kamaləddin Qafarova qarşı çirkin kampaniyaya başlaması çoxlarını, yumşaq desək,ciddi düşündürürdü. Nəhayət, bu gün “media fədaisi”, “azadlıq aşiqi” Mehman Hüseynovun maskası birdəfəlik cırılmış, onun saxtakar əməli danılmaz sübutlarla ifşa olunmuşdur. M.Hüseynovun kimlərinsə trollu olduğunu, müəyyən vədlər qarşılığında sifarişlə işlədiyini bilirdik. Amma onun bu qədər rəzil və primitiv birisi olduğunu təsəvvür etmirdik. Dünən Kamaləddin Qafarovun Əmək və Sosial Münasibətlər Akademiyasında seçicilərlə möhtəşəm görüşü baş tutdu. Bu görüşü pozmaq üçün Mehman Hüseynov və Ülvi Həsənlinin fitnəkarlıq hərəkətləri törədəcəyi təxmin edilirdi. Zənnimiz doğru çıxdı: bu fitnəkarlığın banisi və ideya müəllifi- çox utancverici də olsa- Ülvi Həsənli vəicraçısı Mehman Hüseynov hərəkətə keçərkən yaxalandılar. TəxribatçıMehman Hüseynovun bir qrup şəxslə 90 ZZ 349 nömrəli “Mersedes”lə gəldiyi məlum olmuş və o,qadınlara “təlimat keçərkən” kameralara tuş gəlmişdir. Videoya diqqət edin: Ülvi Həsənli və “demokratiya carçısı” Mehman Hüseynov bir neçə qadını akademiyanın giriş qapısının qarşısında necə fitnəkarlıq yaratmaq, diqqəti cəlb etmək “üsullarını” izah edir. Bir məqama da diqqət yetirin: “təlimat” tam başa çatmır, onların hərəkətlərinin telefonla çəkildiyini görən Mehman Hüseynov çaşdığından özünü yolluğa atır. Ülvi də onun dalınca qaçır. Rəzalət bununla bitmir. Mehman-Ülvi duetinin sosial şəbəkədə yaydıqları videoya baxaq. Həmin qadınları və Mehman Hüseynovu tanıdınızmı? Xahiş edirik, həmin qadınları diqqətlə yuxarıdakı “təlimat səhnəsi” ilə tutuşdurun. Ülvi ilə Mehmanın kimliyini axır ki, bildinizmi? Ağzına çullu dovşan sığmayan, medianın üz qarası olan Mehman Hüseynov, maskan cırıldımı? “Cəsarətsiz və hiyləgər” Ülvi “ağılsız və primitiv” Mehman vasitəsilə öz “dahiyanə” planını həyata keçirməyə cəhd etdi. Amma təsadüfi bir çəkiliş onların məkrli və rəzil oyunlarını alt-üst etdi. Sən demə, indiyədək özlərini “haqq-ədalət tərənnümçüsü” kimi “piştaxtaya” çıxaran bu cütlük oyunlar quraraq öz “marketinq”lərini həyata keçirirmişlər. Bu da son. Onların da iç üzü açıldı və insanlar bu “uğur centlmenlərinin” əsl xislətini gün işığına çıxardılar. Yeri gəlmişkən, xanımlar da “sövdələşmə” dən məmnun görünürlər. Belə məlum olur ki,onlara həvalə olunmuş vəzifənin “haqqı” böyük səxavətlə, canla-başla verilir. Həqiqətən də, “istedadlı” xanımlardır. Oynadıqları rollar lap “Oskar”a layiqdir. Finita la comedia, cənablar! aia.az Geri dön |