Ana Sayfa > Ölkə > Qax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
Qax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar29-01-2020, 12:42. Yazar: sevinc1 |
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar. Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar. aia.az Geri dön |