Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Koronavirus bu şəxslərə yoluxmur
Koronavirus bu şəxslərə yoluxmur29-01-2020, 10:23. Yazar: sevinc1 |
“Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir. Lenta.ru bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib. “Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, - deyə nəşrin müsahibi bildirib. Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub. Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı. “Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o, bildirmişdi. Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb. aia.az Geri dön |