Ana Sayfa > Parlament / Aia TV / Karusel > Göygöldə meyit tapıldı
Göygöldə meyit tapıldı15-02-2016, 12:51. Yazar: admin |
Araşdırma aparılır. Göygöl rayonunda meyit aşkarlanıb. Aia.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Üçtəpə kənd sakinləri kənd ərazisində yaşlı bir kişinin meyitini görərək dərhal polisə məlumat veriblər. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin kimliyini müəyyən ediblər. Məlum olub ki, ölən şəxs Daşkəsən rayon sakini, 1930-cu il təvəllüdlü Əlirza Nəcəfovdur. Onun kənd ərazisində oğlunun yeni tikdirdiyi evə baxmağa gedərkən yolda ürəktutmasından dünyasını dəyişdiyi müəyyən olunub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Geri dön |