Ana Sayfa > Manşet / Siyasət > Aqiyə Naxçıvanlı seçicilərlə görüşlərini davam etdirir

Aqiyə Naxçıvanlı seçicilərlə görüşlərini davam etdirir


28-01-2020, 15:27. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı seçicilərlə görüşlərini davam etdirir


117 saylı dairədən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Bu gün o, rayonun Sincan, Tərkeş və Dəymədağlı kəndlərində oldu. Kənd sakinləri Aqiyə xanımı mehribanlıqla qarşıladılar. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək ölkədə hər bir sahədə gedən inkişafdan, ölkə başçısının həyata keçirdiyi islahatlardan danışdı. Deputatlığa namizədin vəkilləri isə çıxışlarında Yeni Azərbaycan Partiyasının seçki platforması və Aqiyə Naxçıvanlının fəaliyyəti haqqında məlumat verdilər.

Aqiyə xanım öz çıxışında ölkə başçısı İlham Əliyevin apardığı böyük islahatlardan və bu islahatların insanların rifahının yaxşılaşdırılmasına olan təsirindən danışdı. O, əvvəlki deputatlığı dövründə gördüyü işlər barədə seçicilərinə hesabat verdi. Onların problemləri ilə əlaqədar müvafiq qurumlara müraciət edərək bir sıra sosial problemlərinin həll olunmasından bəhs etdi.

Görüşdə söz alaraq çıxış edən kənd sakinləri Elçin Xasıyev, Güleybət Rəşidova, Aidə Hacıyeva, Sənan Rəşidov və başqaları ölkə başçısı İlham Əliyevin başçılığı altında Azərbaycanın inkişafından qürur duyuqlarını və onun yürütdüyü siyasəti dəstəklədiklərini bildirdilər.

Sincan kəndində məktəb binasının tikilməsində, Sincan, Tərkeş və Dəymədağlı kəndlərinə işıq və qaz xətlərinin çəkilişinə, ali məktəblərə qəbul olunan tələbələrə göstərdiyi dəstəyə görə seçicilər Aqiyə xanıma minnətdarlıqlarını bildirdilər.

Daha sonra Mollalı kənd sakinləri ilə görüş keçirildi. Səmimi söhbət zamanı seçicilər ölkə başçısının və Birinci vitse-prezidentin Azərbaycan vətəndaşlarına göstərdikləri qayğıdan razılıq etdilər. Seçicilərdən Günel Hacıyeva, Kəmalə Cavadova, İradə Rəsulova və başqaları Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründə kəndin məktəb binasının yenidən inşa olunmasına və zəruri ləvazimatlarla təmin edilməsinə, Qarabağ əlili Əvəz Zakirovun sağalaraq həyata qaytarılmasına etdiyi köməkliyə və daima onların problemlərini diqqətdə saxladığına görə minnətdarlıq etdilər. Seçicilər kənd yolunun asfaltlanması, qaz və internet xəttinin çəkilişi ilə bağlı köməklik olunmasını xahiş etdilər və əminliklə fevralın 9-da keçiriləcək seçkilərdə iştirak edərək layiqli namizədə səs verəcəklərini bildirdilər.


aia.az















Geri dön