Ana Sayfa > Siyasət > Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum oldu

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum oldu


27-01-2020, 12:08. Yazar: sevinc1
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum oldu


Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb.

Məlumatla bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən deyilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi.

Belə ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.

aia.az
Geri dön