Ana Sayfa > Parlament > FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb
FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb26-01-2020, 12:41. Yazar: sevinc1 |
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub. Nazirlikdən aia.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. aia.az Geri dön |