Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib


25-01-2020, 12:28. Yazar: sevinc1
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Oxu.Az xəbər verir ki, başsağlığında qeyd olunub:

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”.

Xatırladaq ki, ötən gecə Türkiyənin Elazığ və Malayta əyalətlərində 6.8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib. Hadisə nəticəsində 21 nəfər ölüb, 1030 nəfər isə xəsarət alıb. Daha bir yeraltı təkan isə yerli vaxtla saat 09:00 radələrində qeydə alınıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.


aia.az
Geri dön