Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda sərnişin avtobusu körpüdən aşdı

Bakıda sərnişin avtobusu körpüdən aşdı


25-01-2020, 10:46. Yazar: sevinc1
Bakıda sərnişin avtobusu körpüdən aşdı

Bakıda ağır yol qəzası baş verib.



aia.az-ın xəbərinə görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.



Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.



Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Trend

aia.az
Geri dön