Ana Sayfa > Karusel / Gündəm > Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi
Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi25-01-2020, 10:25. Yazar: sevinc1 |
Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib. Qafqazinfo-nun verdiyi xəbərə görə, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən “Beer Point” kafesində bir litr “Tradisii Belarusii” markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Xətai RPİ-də araşdırma aparılır. Məlumata görə, Ş.Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır. aia.az Geri dön |