Ana Sayfa > Cəmiyyət > Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı

Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı


24-01-2020, 15:48. Yazar: sevinc1
Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı


Bakıda xadimə işlədiyi evdən 5000 manatlıq oğurluq edib.



Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.



Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.



Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.

aia.az
Geri dön