Ana Sayfa > Manşet / Siyasət > Ən layiqli namizədlərə səs verək
Ən layiqli namizədlərə səs verək23-01-2020, 20:16. Yazar: sevinc1 |
“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 62 saylı Saatlı Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 62 saylı Saatlı Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Saatlı şəhərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Yenə də maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 4 saat davam edən prosesə 121 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 12 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 109 respondentdən 73 nəfəri isə sualımızı “mən Əziz Ələkbərova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 60,33 faizi Milli Məclisə deputatlığa namizəd Əziz Yusif oğlu Ələkbərova etimad göstərəcəklərini bildirmişlər. Əziz Ələkbərov – 1960-cı ildəQərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri ən maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik. Saatlı şəhər sakini, istehsalat texnoloqu: “Əziz Ələkbərovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Düşünürəm ki, bu faktın özü bütün saatlılar üçün həlledici amil ola bilər. Çünki bizim insanlar özləri hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Deməli bizi parlamentdə təmsil edən deputat da məhz bu ideyaların daşıyıcısı olmalıdır. Əziz müəllimin namizədliyinin YAP tərəfindən irəli sürülməsi isə onun həyat və fəaliyyətində məhz bu prinsipləri əldə rəhbər tutduğuna dəlalət edir. Sözsüz ki, bu, bir çox seçicilər üçün həlledici amil kimi çıxış edə bilər. Hər halda mən bu qənaətdəyəm ki, bizim Milli Məclisdə deputatımız məhz Əziz Ələkbərov olacaq...” Saatlı sakini, kitabxanaçı: “Mən artıq öz seçimimi etmişəm və Əziz Ələkbərova səs verəcəyəm. Əziz müəllim ilk növbədə tanınmış alimdir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, dosentdir. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Nəşr olunmuş yüzlərlə elmi və publisistik məqalənin, onlarla kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə bir çox xarici dillərdə nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. Əziz müəllimin "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" adlı kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bu gün mənfur qonşularımızla, ermənilərlə apardığımız ideoloji müharibədə də Əziz müəllim kimi söz sahiblərinə böyük ehtiyac var. Heç şübhəsiz Azərbaycan Parlamentində məhz Əziz Ələkbərov kimi ziyalı alimlərimiz bu xalqı təmsil etməlidirlər ...” Saatlı sakini, Axısqa türkü: “Mənim Əziz Ələkbərova səs verməyimə xüsusi səbəbim var. Məsələ bundadır ki, mən Axsıqa türklərindənəm. Bizim xalqın tarix boyu çəkdiyi məşəqqətlər, zaman-zaman öz dədə-bab yurdlarımızdan deportasiya olmağımız barədə əlbəttə ki, məlumatınız var. Lakin bütün bunlar ən yaxın vaxtlara qədər dünya ictimaiyyətinə məlum deyildi. Yalnız son dövrlərdə Axısqa türklərinə qarşı törədilən vəhşiliklər barədə yazılı məlumatlar dərc olunmağa başlandı. O cümlədən bizim tariximizi qələmə alanlardan biri də məhz Əziz müəllimdir. Əziz Ələkbərov Axısqa türklərinə qarşı tarixdə yer alan bir çox haqsızlıqları öz əsərlərində əks etdirmiş bir alimdir. Bizim etiraz səsimizi dünya xalqlarına çatdıran bir carçımızdır. Əminəm ki, Əziz müəllim sabah bütün Saatlı camaatını da Milli Məclisdə ən yüksək səviyyədə təmsil edə biləcək yeganə namizəddir...” Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz səkkizinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik. aia.az Geri dön |