Ana Sayfa > Gündəm > Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı
Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı23-01-2020, 14:43. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb. Nazirlikdən aia.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. aia.az Geri dön |