Ana Sayfa > Parlament / Aia TV / Karusel > Cəlilabad-Yardımlı şosesində sürüşmə

Cəlilabad-Yardımlı şosesində sürüşmə


15-02-2016, 11:02. Yazar: admin
Cəlilabad-Yardımlı şosesində sürüşmə
İntensiv yağıntılardan sonra Cəlilabad -Yardımlı avtomobil yolunda sürüşmə zonaları yenidən aktivləşib.

APA-nın cənub bürosunun məlumatına görə, ən təhlükəli vəziyyət yolun Zəhmətabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, əsasən dağ yamaclarından keçən avtomobil yolunun ayrı-ayrı ərazilərində yağış-qar sularının gölməçə halında toplanaraq çatlara dolması vəziyyəti daha da çətinləşdirib.

Ərazidə torpaq qatının demək olar ki, hər gün genişlənərək dərəyə doğru hərəkət etməsi yaxınlıqdakı evlər və təsərrüfatlar üçün də təhlükə yaradıb.

Yerli sakinlərin sözlərinə görə, təkcə son günlər burada yol yatağı bir metrə yaxın çöküb. Yağıntılı günlərdə yoldan keçən nəqliyyat vasitələri çətinliklərlə üzləşirlər.

Mövcud vəziyyət rayonun yerli icra strukturların gündəmindədir. Yolda nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə çökmüş ərazilərə çınqıl, daş və torpaq tökülüb. Sürüşmə ərazisinin aktivliyi isə aidiyyatı qurumlar tərəfindən daim nəzarətdə saxlanır.



Geri dön