Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı
Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı23-01-2020, 11:39. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb. İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib. Oxu.Az məsələ ilə bağlı Mingəçevir şəhərində yerləşən “Nərgiz” Klinikası ilə əlaqə saxlayıb. Klinikanın baş həkimi İlham Yusubov bildirib ki, həkim səhlənkarlığından söhbət gedə bilməz: “Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Şamil Kamal oğlu həyat yoldaşı və qızı ilə xəstəxanaya müraciət edib. Xəstə ağciyər və ürək çatışmazlığından əziyyət çəkib. Xəstəxanaya daxil olan zaman o, 280 təzyiqlə çox ağır vəziyyətdə olub. Ş.Nəbiyev bir neçə ay bundan öncə başqa klinikada qasıq yırtığından əməliyyat olunub. Həmin gün də cərrahın yanına gedirmiş. Yolda vəziyyəti pisləşdiyi üçün cərrah onu həkimə yönləndirib. Ş.Nəbiyev daha əvvəl də bizim klinikanın kardioloqu Tural Allahverdiyevin xəstəsi olduğu üçün birbaşa klinikaya gəlib. Həkimlər dərhal xəstəyə tibbi yardım göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı da aidiyyəti orqanlara məlumat verilib”. Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən meyidə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |