Ana Sayfa > Karusel / Gündəm > Rüşvətə görə işdən qovulan polis öldü -
Rüşvətə görə işdən qovulan polis öldü -23-01-2020, 10:32. Yazar: sevinc1 |
![]() Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib. aia.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb. “Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb. aia.az Geri dön |