Ana Sayfa > Ölkə > İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu

İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu


22-01-2020, 14:30. Yazar: sevinc1
İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu

"Ölkəmizdə şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinində Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerinə araşdırılaraq həll edilir".



Bunu aia.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.



Qeyd olunub ki, müraciət əsasında Qarabağ Əlilləri və Şəhid ailələrinin yaşadığı binadakı vəziyyətlə tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişi ilə sakinləri narahat edən məsələlər araşdırılaraq, aradan qaldırılıb. Yeni Gəncə yaşayış massivində yerləşən, 9 mərtəbəli, 3 bloklu, 81 mənzilli binanın su təchizatı sistemi yenilənib. İstismar müddətini başa vuran 2 ədəd 500 litrlik su çəni yenisi ilə əvəzlənib. Bununla yanaşı binanın həyətində abadlıq və təmizlik işləri görülüb, yeni ağaclar əkilib, işıq dirəklərindəki sıradan çıxmış ləmpələr yenilənib.



Görülən işlər bina sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb.

aia.az
Geri dön