Ana Sayfa > Manşet / Parlament > Abşeronda dəhşət:
Abşeronda dəhşət:22-01-2020, 12:23. Yazar: sevinc1 |
Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. aia.az Geri dön |