Ana Sayfa > Gündəm > Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı
Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı22-01-2020, 12:16. Yazar: sevinc1 |
![]() Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq. Bu barədə aia.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır: "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır". aia.az Geri dön |