Ana Sayfa > Siyasət > Ombudsman Dünya Bankının nümayəndə heyətini qəbul edib

Ombudsman Dünya Bankının nümayəndə heyətini qəbul edib


22-01-2020, 11:57. Yazar: sevinc1
Ombudsman Dünya Bankının nümayəndə heyətini qəbul edib




Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi Eva Melisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatından aia.az-a verilən xəbərə əsasən, müvəkkil Səbinə Əliyeva Ombudsman təsisatının insan hüquqlarının qorunması, təşviqi və təbliği sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat verib.

Bildirilib ki, Ombudsman ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, bərpası istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət göstərir, funksional qurum olaraq öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında davam etdirir. S.Əliyeva təsisatın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin fəaliyyət istiqamətləri və görülmüş işlərlə əlaqədar məlumatı qonağın diqqətinə çatdırıb.

Görüşdə Ombudsman təsisatının infrastrukturunun inkişafı və elektron sənəd dövriyyəsi sisteminin yaradılması məsələləri müzakirə olunub. Qeyd olunub ki, ölkəmizdə elektron sənəd dövriyyəsinin qurulması, elektron hökumətə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğuna xidmət edən innovativ təşəbbüslərinin həyata keçirilməsi dövlət başçısının diqqətindədir.

Səmimi qəbula görə minnətdarlığını bildirən Eva Melis görüşün iki qurum arasında gələcək əməkdaşlığın formalaşdırılması və inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

aia.az
Geri dön