Ana Sayfa > Karusel / Cəmiyyət > “Bazarstore”un avtomobili piyadanı vuraraq öldürdü

“Bazarstore”un avtomobili piyadanı vuraraq öldürdü


22-01-2020, 09:37. Yazar: sevinc1
“Bazarstore”un avtomobili piyadanı vuraraq öldürdü

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.



Pravda.az-ın xəbərinə görə, hadisə yanvarın 21-də saat 19 radələrində, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.



Belə ki, 1987-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Nicat Abbasov “Bazarstore” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Hyundai H 100” markalı avtomobillə hərəkətdə olan zaman yaşlı naməlum kişini vurub. Nəticədə kişi hadisə yerində ölüb.



Faktla bağlkı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.Report

aia.az
Geri dön