Ana Sayfa > Manşet / Siyasət > Ən layiqli namizədlərə səs verək
Ən layiqli namizədlərə səs verək21-01-2020, 16:20. Yazar: sevinc1 |
“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 28 saylı Sabunçu üçüncü Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 28 saylı Sabunçu üçüncü Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Bakının Maştağa və Zabrat qəsəbələrində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz qəsəbələrin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 129 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 11 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 118 respondentdən 97 nəfəri isə sualımızı “mən yenə də köhnə deputatımıza səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 75,2 faizi Milli Məclisə deputatlığa namizəd Eldar Allahyar oğlu Quliyevə etimad göstərəcəklərini bildirmişlər. Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. Çox sayda nefuzlu beynəlxalq mükafatlara və fəxri adlara layiq görülüb. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. Almaniyada çap olunmuş "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvüdür. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri fikirlərdən bəzilərini sizlərə təqdim edirik. “Mən əlbəttə ki, kadrları cavanlaşdırma siyasətini dəstəkləyirəm. Lakin elə bilirəm ki, bu iş icraedici qurumlara şamil olunsa daha yaxşı olar. Belə qurumlarda enerjili, çevik, yüksək iş qabiliyyətinə malik gənclər nə qədər çox olsa, işlər də bir o qədər yaxşı gedər. Amma qanunvericiliklə bağlı məsələlərin həlli ilə gərək müdrik, dünya görmüş, həyat təcrübəsinə malik insanlar məşğul olsunlar. Mən belə düşünürəm. Ona görə də səsimi Eldar müəllimə verəcəyəm...” “Eldar müəllim deputat olduğu bütün vaxtlarda sözün əsil mənasında bu millətin vəkili olduğunu əməllərilə sübut edib. Kimin nə dərdi-səri, nə problemi olubsa, birbaşa yollanıb ya bilavasitə deputatın, ya da onun nümayəndəsinin yanına. İstənilən halda bilmişik ki, nə yolnansa mütləq bir köməklik göstərib, problemin həllini tapacaqlar. Açığı, bir ara söhbət çıxdı ki, Eldar müəllim namizədliyini vermək istəmir. Amma biz sakinlər təkid etdik. Aydın məsələdir, hamı istəyir ki, Milli Məclisdə onun da sözünü deyə bilən biri otursun...” “Hamımız bilirik ki, Eldar müəllim alimdir. Universitet rektorudur. Neçə-neçə elmi əsərlər, kitablar yazıb. Dünyanın bir çox ölkələrində də onu yaxşı tanıyırlar. Nə qədər beynəlxalq mükafatları var. Amma bizim kəndlərin xeyir-şər məclislərində gəlib oturanda, deyirsən ki, elə bizdən biridir. Hər zaman yanımızdadır, hamını dinləyər, hər kəsin dərdinə şərik olar, kömək eləyər. Əlbəttə ki, ona səs verəcəyik. Parlamentdə bizi təmsil etməyə ən layiqli namizədimiz də elə Eldar müəllimdir...” Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz üçüncü sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik. aia.az Geri dön |