Ana Sayfa > Ölkə > Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar


21-01-2020, 14:49. Yazar: sevinc1
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar




Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar.

Adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

aia.az






Geri dön