Ana Sayfa > Siyasət > Səfirlik:
Səfirlik:21-01-2020, 14:30. Yazar: sevinc1 |
ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflərə kömək göstərilməsi işinə sadiqdir. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər. Səfirlikdən bildiriblər ki, münaqişənin ədalətli və dayanıqlı nizamlanması güc tətbiqi və ya bununla bağlı təhdidin qəbulolunmazlığı barədə Helsinki yekun aktının prinsiplərinə, ərazi bütövlüyü, xalqların hüquqlarının bərabərliyi prinsiplərinə əsaslanmalıdır. Qeyd olunub ki, ABŞ ötən ilin dekabrında Bratislavada ATƏT Nazirlər Şurasının iclasında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin birgə bəyanatını tam dəstəkləyir. Bu bəyanatda vurğulanır ki, status-kvo qəbulolunmazdır və münaqişənin hərbi yolla həlli mövcud deyil: “Bununla əlaqədar ABŞ Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi ilə yenidən görüşməsi niyyətini dəstəkləyir. ATƏT-in Minsk qrupu formatı dayanıqlı nizamlanmaya nail olmaq üzrə səylərin dəyişməz mərkəzidir”. aia.az Geri dön |