Ana Sayfa > Təhsil > Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib


17-01-2020, 17:40. Yazar: sevinc1
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib




S.Vurğun adına Mərkəzi kitabxanada tarixi günlə əlaqədar sərgi təşkil olunub, biblioqrafik xülasə verilib. Həmçinin, kitabxana əməkdaşları tərəfindən Xəzər Universiteti Sumqayıt Dünya məktəbində "Xalqın hünər tarixi" adlı ədəbiyyata açıq baxış təşkil edilib. Bundan başqa, S.Vurğun adına Mərkəzi kitabxananın Oxu zalının əməkdaşları tərəfindən 25 saylı orta məktəbdə “Xalqın hünər tarixi” adlı Yaddaş dərsi keçirilib. Tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, video-çarx izlənilib, şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər səslənib.

Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən N.Tusi adına 12 nömrəli orta məktəbdə dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımovanın, 12 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qasımovanın, Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Lalə Qasımovanın mövzu ilə əlaqədar məruzələri dinlənilib. Sonda Səbinə Qasımova “Azadlığa gedən yolun zirvəsi” adlı kitab sərgisi haqqında qısa xülasə verib.

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubda AYB Sumqayıt bölməsi ilə birgə keçirilən tədbirdə Sumqayıt yazarları və oxucuların faciə ilə bağlı fikirləri dinlənilib, şəhidlərə həsr olunan mahnılar oxunub. Həmçinin, anım günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə oxucuların 20 yanvar faciəsi haqqında fikirləri dinlənilib. Sonra mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisi haqqında biblioqrafik xülası verilib. Tədbirdə həmçinin, kitabxananın rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Gənclər kitabxanası 16 sayı orta məktəbdə xatirə günü keçirib. Tədbirdə Gənclər kitabxanasının müdiri Sona Eminovanın, məktəbin müəlliməsi Cəmilə Quliyeva və Ağsaqqalar Şurasının üzvü Məşdi Zeynalovun və şagirdlərin fikirləri dinlənilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi, “Dostluq” mədəniyyət evi, S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə tematik gecə keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə yazıçı Hafiz İmamnəzərli və Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanovanın mövzu ilə bağlı məruzələri dinlənilib, “Dostluq” mədəniyyət evinin muğam qrupunun ifasında muğam parçaları, S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının ifasında şerlər dinlənilib.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə bədii qiraət dərnəyinin üzvləri şəhidlərə həsr olunmuş şeirlər dinlənilib, Elxan Elatlının “Qisas gecəsi” romanından səhnəcik nümayiş olunub, “ Veteran” xorunun ifasında C.Cabbarlının “Ölkəm” romansı, Anar Bayramovun ifasında “Torpağın səsi “ mahnıları dinlənilib.


Q.Qarayev adına Uşaq Musiqi məktəbində “20 yanvar qan yaddaşımız” adlı tədbir keçirilib. Tədbirdə qanlı yanvar günündə baş verən hadisələrdən danışılıb. Məktəbin şagirdləri kamança alətinin musiqisi fonunda şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə faciə haqqında ətraflı məlumat verilib, muğam parçaları ifa olunub, kitab sərgisi nümayiş olunub.

Zəngilan rayon kənd klubunda keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, Zəngilan şəhər Uşaq Musiqi mektəbinin müəllimi Tural Salmanov , Mincivan qəsəbə Uşaq Musiq məktəbinin müəllimi Nərgiz Mehdiyevanın ifasında muğam parçaları ifa edilib. Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə kitabxanaçıların və oxucuların mövzu ilə əlaqədar fikirləri dinlənilib, “Qanlı 20 yanvar” adlı kitab sərgisi və “Əsarətin son gecəsi”adlı guşə haqqında məlumat verilib.

Qubadlı rayon Mahmudlu kənd mədəniyyət evində keçirilən tədbirdə faciə haqqında geniş məlumat verilib, faciəni ədəbi-bədii kompozisiya nümayiş olunub

aia.az













Geri dön