Ana Sayfa > Ölkə > “Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib


17-01-2020, 13:21. Yazar: sevinc1
“Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib


Ölkəmizin tarixinə, mədəniyyətinə və sosial həyatında yaxından iştirak edən “Azərsun Holdinq” 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edir.

Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin anılmasına xüsusi həssaslıqla yanaşan Şirkətlər Qrupunun Müşahidə Şurasınn sədri Abdolbari Goozalın təlimatına əsasən bütün əməkdaşlara 20 yanvar hadisəsi ilə bağlı məlumat yayımlanıb, tədbir təşkil edilib.

“Azərsun” Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində şirkətlər qrupunun rəhbər heyəti, Şuşa rayonu İcra hakimiyyətinin nümayəndələri, həmçinin 20 yanvar şəhidlərinin ailələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca “Azərsun Holdinq” Hüquq direktoru Nazim Quliyev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb. O, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib.

Daha sonra çıxış edən Şuşa Rayonu İcra başçısının müavini Vüsalə Fətəliyeva 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, 30 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilmədiyini və Azərbaycanın müstəqillik qazanmasına təkan verdiyini vurğulayıb.

Rəsmi hissənin son çıxışında 20 yanvar faciəsində şəhid olan Səxavət Quliyevin həyat yoldaşı Muhəstə Həsənova 30 il öncə gördüklərini, insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıb.

Tədbir Şuşa musiqili dram teatrının “Yanvarın iyirminci günü” ədəbi-bədii kompoziyası ilə yekunlaşıb.

Qeyd edək ki, “Azərsun Holdinq” şirkətlər qrupu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır.

aia.az
Geri dön