Ana Sayfa > Ölkə > Bakıda bu ərazilərdə parklanma pulsuz oldu -

Bakıda bu ərazilərdə parklanma pulsuz oldu -


16-01-2020, 12:21. Yazar: sevinc1
Bakıda bu ərazilərdə parklanma pulsuz oldu -




Bakı küçələrində parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

BNA vətəndaşlara bir daha xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir:

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik".


aia.az
Geri dön