Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > ABŞ-dan Türkiyəyə çağırış: "Atəşi dayandırın!"
ABŞ-dan Türkiyəyə çağırış: "Atəşi dayandırın!"14-02-2016, 12:00. Yazar: admin |
ABŞ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı kürd qüvvələrinə atəş zərbəsi endirməsinə münasibət bildirib. ABŞ-ın Dövlət Departamentinin rəsmisi Con Kibri bildirib ki, Suriyadakı kürd silahlılarını özündə birləşdirən YPG-yə buradakı qarışıqlıqdan istifadə edərək yeni bölgələr ələ keçirmməməklə bağlı xəbərdarlıq ediblər. Türkiyəni və kürd qüvvələrini İŞİD-lə mübarizəyə daha çox diqqət ayırmağa çağıran ABŞ rəsmisi əlavə edib: "Biz Türkiyəni kürdlərə zərbələr endirməyə son qoymağa çağırırıq". Qeyd edək ki, rəsmi Ankara Hələb şəhərinin yaxınlığındakı Azez qəsəbəsi istiqamətində top zərbələri endirildiyini təsdiqləyib. Geri dön |