Ana Sayfa > Karusel / Cəmiyyət > Abşeronda ər və arvadın ölümü ilə bağlı cinayət işi başlandı

Abşeronda ər və arvadın ölümü ilə bağlı cinayət işi başlandı


16-01-2020, 09:48. Yazar: sevinc1
Abşeronda ər və arvadın ölümü ilə bağlı cinayət işi başlandı


Abşeron rayonunda iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitlərinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

aia.az
Geri dön