Ana Sayfa > Karusel / Dünya > Meksikada pedofili diri-diri yandırdılar -

Meksikada pedofili diri-diri yandırdılar -


16-01-2020, 09:00. Yazar: sevinc1
Meksikada pedofili diri-diri yandırdılar -


Meksika hökuməti ölkənin Çyapas ştatında pedofilin kütlə tərəfindən qətlə yetirilməsi hadisəsini araşdırır.

“Pressa” TV xəbər verir ki, Alfredo Roblero altı yaşlı Carid adında qızı zorlamaqda və öldürməkdə şübhəli bilinib.

Yanvarın 9-u itkin düşmüş uşağın meyitini bir gün sonra aşkar ediblər.

Qızın xalasının şübhəli şəxsi polisə təhvil vermək istəməsinə baxmayaraq, qəzəblənmiş kütlə buna imkan verməyib.

Onlar A.Robleronu döyərək dirəyə bağlayıblar.

Sonra isə kütlə şübhəli şəxsin üzərinə benzin tökərək od vurub.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin həyatını xilas edə bilməyiblər.

Hazırda Çyapas hökuməti şübhəlinin ölüm faktı ilə bağlı araşdırma aparır.

aia.az
Geri dön