Ana Sayfa > Karusel / Gündəm > Baş prokurorun müavini:
Baş prokurorun müavini:15-01-2020, 12:21. Yazar: sevinc1 |
![]() Yerli icra hakimiyyət orqanlarında olan neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub və araşdırma aparılıb. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”. aia.az Geri dön |