Ana Sayfa > Karusel / Gündəm > “Viski terroru”na görə tələbə saxlanılıb –

“Viski terroru”na görə tələbə saxlanılıb –


14-01-2020, 17:32. Yazar: sevinc1
“Viski terroru”na görə tələbə saxlanılıb –


İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Talıblı İsmayıl Nazim oğlu “viski terroru”na görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb.



Bu barədə Modern.az-a onun atası Nazim Talıbov məlumat verib. O bildirib ki, oğlu “Şərab Evi”ndə satıcı işləyir və məsələdə heç bir günahı yoxdur:



“Oğlum tələbədir. Həm də aşağı ətrafların “parez” xəstəliyindən əziyyət çəkir, 18 yaşınadək pensiya alıb. Oxuduğuna görə xəstəxanda yata bilmir, ona görə də pensiyasını bərpa etdirə bilmirik. Xərclərini ödəmək üçün həm də çalışmaq məcburiyyətindədir. Bu gün oğlumun imtahanı idi, amma imtahanda iştirak edə bilmədi. Deməli yanvarın 10-da oğlum İsmayıl Talıblı 4-cü mikrorayonun yaxınlığında yerləşən “Şərab evi”nə-işə gedib, görüb ki, mağaza bağlıdır. İş yoldaşlarına zəng edib, onlar da bildiriblər ki, “hamını “Bandotdel”ə aparıblar”. Məlum olub ki, mağazada əməliyyat keçirilib və rəhbərliklə bərabər bütün işçilər “Bandotdel”ə aparılıb. Sonra oğlumu da izahat yazmaq üçün çağırıblar. Oğlum izahat yazandan sonra onu da “Bandotdel”də saxlayıblar. Onu saxlayandan 1 gün sonra mənə məlumat verilib. Dövlət tətərfindən təyin olunmuş vəkil mənə bildirdi ki, artıq oğlumu qeydiyyata götürüblər. Vəkil eyni zamanda bildirib ki, oğlum ən qısa müddətdə buraxılacaq”.



Özü də I qrup gözdən əlil olan ata övladının səhhətindən narahatdır:



“Araşdırma aparılıb, mağazada nöqsanlar aşakarlanıb. Buna görə də “Şərab Evi”nin rəhbəri Nazimi də saxlayıblar. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Mənə bildirdilər ki, dünən saat 6-da uşağını götürüb gedəcəksən. Mən özüm də I qrup gözdən əliləm. Mənim övladım satıcıdır. O bilə bilməz axı oradakı içkilərin tərkibində nə var, hansı saxtadır. Mənim övladım xəstədir, onu da digərlərilə birlikdə Kürdəxanıya aparıblar. O çörəpuluna işləyən adamdır, nə bilsin ordakı içkinin tərkibi necədir. Ona nə verilib, vitrinə nə qoyulub, onu da satıb”.



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-a bildirib ki, faktla əlaqdar istintaq gedir:



“Kimsə dindirilmək məqsədilə çağırılıbsa və günahı yoxdursa, sərbəst buraxılacaq. Narahatlıq üçün əsas yoxdur”.

aia.az
Geri dön