Ana Sayfa > Karusel / Gündəm > Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanıldı
Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanıldı14-01-2020, 16:17. Yazar: sevinc1 |
![]() Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumatda bildirilir ki, müraciət əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. aia.az Geri dön |