Ana Sayfa > Ölkə > Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilib

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilib


14-01-2020, 14:47. Yazar: sevinc1
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilib



Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunmuş konsertdən öncə hər iki məktəbin direktoru Camal Həsənov və əməkdar müəllim İkram Manafov öz çıxışlarında belə əlaqələrin qurulmasının və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirdə qonaq məktəbin xor kollektivinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin, skripka, kamança, qanun, nağara, qarmonçalanlar ansambllarının ifaları alqışlarla qarşılanıb.

Sonda xatirə hədiyyələri təqdim edilib.

aia.az









Geri dön