Ana Sayfa > Siyasət > Çavuşoğludan Haftar açıqlaması:

Çavuşoğludan Haftar açıqlaması:


14-01-2020, 14:06. Yazar: sevinc1
Çavuşoğludan Haftar açıqlaması:


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın Moskvadan sülh razılaşmasını imzalamadan ayrılmasına münasibət bildirib.
Azvision.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çavuşoğlu deyib ki, razılaşmanın imzalanması ərəfəsində Haftar vaxt istəyib və bu barədə Sarraca məlumat verilib.

Haftarın sonda razılaşmanı imzalamamasına gəlincə, XİN rəhbəri hesab edir ki, onun belə davam edəcəyi təqdirdə, Berlin prosesinin mənası qalmayacaq.

Xatırladaq ki, dünən Moskvada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviya üzrə görüş keçirilib. Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvanı tərk edib. Bunun səbəbini Liviya ordusunun bir sıra tələblərinin nəzərə alınmaması ilə izah edib.
Geri dön