Ana Sayfa > Karusel / Parlament > Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı
Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı14-01-2020, 10:10. Yazar: sevinc1 |
Astara rayonunda bir ailənin iki üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. Həmin küçədəki mənzillərdən birində yaşayan 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir. aia.az Geri dön |