Ana Sayfa > Gündəm / Manşet / Karusel > Əli Abbasov 1 milyonluq oğurluqdan danışdı

Əli Abbasov 1 milyonluq oğurluqdan danışdı


13-02-2016, 21:20. Yazar: admin

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar”

Aia.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Bağ evindən 1 milyon manat pul oğurlanması xəbərinə münasibət bildirən sabiq nazir deyib ki, həbs üçün məhkəmə olmalıdır:

“Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".

Əli Abbasov onu da əlavə edib ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.
Geri dön