Ana Sayfa > Cəmiyyət > Ötən gün yol qəzasında 2 nəfər ölüb,

Ötən gün yol qəzasında 2 nəfər ölüb,


10-01-2020, 14:32. Yazar: sevinc1
Ötən gün yol qəzasında 2 nəfər ölüb,


Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

aia.az
Geri dön