Ana Sayfa > Karusel / Cəmiyyət > Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı


10-01-2020, 13:23. Yazar: sevinc1
Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı


Şəmkirdə itkin düşən şəxs tapılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

aia.az
Geri dön