Ana Sayfa > Təhsil > SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi
SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi10-01-2020, 13:15. Yazar: sevinc1 |
Yanvarın 10-da Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2019–2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü keçirildi. Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı rektor professor Elxan Hüseynov tərəfindən müvafiq əmr imzalanıb.Həmin əmrin icrası ilə bağlı bütün lazımi işlər yüksək səviyyədə başa çatdırılıb. İmtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlama qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə İmtahan qərargahı və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Eyni zamanda imtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir. Prorektor onu da diqqətə çatdırdı ki, sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. İmtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.Onu qeyd edim ki,Sumqayıt Dövlət Universitetin nəzdində Sumqayıt Dövlət Texniki Kollecdə də imtahanlar eyni qaydada həyata keçirilir. Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar. KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar ünvanladılar. Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir. aia.az Geri dön |