Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda yanğın zamanı üç tələbə öldü

Bakıda yanğın zamanı üç tələbə öldü


10-01-2020, 09:36. Yazar: sevinc1
Bakıda yanğın zamanı üç tələbə öldü



Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

"Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Unikal.org ölən tələbələrin Şri-Lanka vətəndaşı olduğunu yazıb.

aia.az
Geri dön