Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Lənkəranın kəndlərində rabitə əlaqəsi bərpa olunub - YENİLƏNİB
Lənkəranın kəndlərində rabitə əlaqəsi bərpa olunub - YENİLƏNİB13-02-2016, 18:49. Yazar: admin |
200 abonent rabitəsiz və internetsiz qalmışdı. Lənkəranın bir sıra kəndlərində telefon rabitəsi və internetlə bağlı yaranan problem həll edilib. Aia.az -ın APA-ya istinadən məlumatına görə, fevralın 9-da Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması səbəbindən rayonun Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərindən 200 abonent rabitəsiz və internetsiz qalmışdı. Rayon Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov bildirib ki, artıq problem öz həllini tapıb. Qəza briqadalarının səyləri nəticəsində 100-dən çox abonentin evlərinə telefon rabitəsinin və internetin verilişi bərpa olunub: “Biz bərpa işlərini davam etdiririk. Digər abonentlərin də tezliklə internet və telefon rabitəsi ilə təmin olunması istiqamətində zəruri işlər görülür. Problemin sabah günün birinci yarısına kimi tam həll olunması üçün bütün səylərimizi səfərbər etmişik”. 12:10 Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub. Aia.az -ın APA-ya istinadən verdiyi xəbərinə görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb. Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək oğurlanıb. Kabellərin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz qoyub. Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək satıblar. Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan izləri götürüblər. Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Geri dön |