Ana Sayfa > Karusel / Cəmiyyət > Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı


9-01-2020, 09:17. Yazar: sevinc1
Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı


Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

Səbail Rayon İcra hakimiyyətindən aia.az-a verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.

Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrında baş verib.


aia.az
Geri dön