Ana Sayfa > Siyasət / Manşet / Karusel > Putinin müşaviri: Azərbaycan ŞƏT-ə maraq göstərir
Putinin müşaviri: Azərbaycan ŞƏT-ə maraq göstərir7-07-2015, 17:27. Yazar: admin |
“Lakin qayda var, bu, “istədin daxil oldun” deyil”. Kamboca, Suriya və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin təşkilata daxil olmağın dəqiq kriteriyaları var və onlara riayət olunmalıdır. Aia.az TASS- istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri, RF-nin BRİKS və ŞƏT-də sadrliyinin hazırlanması və təmin olunması üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov deyib. “Kamboca, Suriya, Banqladeş, Azərbaycan, Misir, Şri-Lanka”, - Kobyakov ŞƏT-ə maraq göstərən ölkələrin adlarını sadalayıb. “Lakin qayda var, bu, “istədin daxil oldun” deyil”. Təşkilata üzv qəbul olunmaq üçün dəqiq qaydaların yazıldığı 28 sənəd var. ŞƏT-ə üzv olmaqdan öncə onlara riayət etmək lazımdır”, - o qeyd edib. Geri dön |