Ana Sayfa > Siyasət > ABŞ-ın Bakıdakı səfirliyi viza verilməsini dayandırıb? -

ABŞ-ın Bakıdakı səfirliyi viza verilməsini dayandırıb? -


8-01-2020, 15:51. Yazar: sevinc1
ABŞ-ın Bakıdakı səfirliyi viza verilməsini dayandırıb? -


ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq xidməti fəaliyyətini normal şəkildə davam etdirir.
Bu barədə Azvision.az -a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

“ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq xidməti fəaliyyətini normal şəkildə davam etdirir və bu həftənin axırına kimi heç bir dəyişiklik olmayacaq”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə səfirliyin bağlı olmasına dair məlumatlar yayılıb. Həmçinin, Ermənistan mətbuatı İrəvanda yerləşən ABŞ səfirliyinin vizaların verilməsini dayandırdığını yazıb. Bu da Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirilib.

aia.az
Geri dön