Ana Sayfa > Siyasət > İstanbulda Ərdoğanla Putin arasında görüş başlayıb

İstanbulda Ərdoğanla Putin arasında görüş başlayıb


8-01-2020, 15:10. Yazar: sevinc1
İstanbulda Ərdoğanla Putin arasında görüş başlayıb


İstanbulda Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlər ikitərəfli əməkdaşlığın gələcək inkişafını, habelə bölgədəki vəziyyəti, Suriya və Liviya böhranını, İran- ABŞ münasibətlərinin gərginləşməsinə dair məsələləri müzakirə edəcəklər.
Türkiyə lideri daha əvvəl Rusiya Prezidenti ilə İdlib məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.

Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın isə iki ölkə liderləri arasında danışıqların əsas mövzularından birinin general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasındakı gərgin vəziyyətlə bağlı olacağını vurğulayıb.


aia.az
Geri dön